Kasparov da başsağlığı verdi

Kasparov da başsağlığı verdi
  12 Yanvar 2014    Oxunub:893
Kasparov Vüqar Həşimovun ölümü ilə bağlı başsağlığı verib.
Şahmat üzrə 13-cü dünya çempionu, əslən bakılı olan Harri Kasparov beynəlxalq qrossmeyster Vüqar Həşimovun vəfatı ilə bağlı başsağlığı verib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, erməni əsilli bakılı Harri Kasparov bu başsağlığını "Tvitter" səhifəsində yazıb. “Mən Bakıdan olan şahmatçı dostlarıma, Vüqarın ailəsinə başsağlığı verirəm. Düzdür, mən onunla heç vaxt rastlaşmamışam. Həşimovun dünyanın 10 ən güclü şahmatçıları cərgəsinə daxil olması 27 yaşlı şahmatçı üçün böyük uğurdur. Təəssüflər olsun ki, yeni uğurlar qazanmağa xəstəlik ona imkan vermədi”, - deyə Kasparov bildirib.


Teqlər:  





Xəbər lenti