Həftəsonu mağaza və apteklər işləməyəcək - RƏSMİ

 Həftəsonu mağaza və apteklər işləməyəcək -    RƏSMİ
  04 İyun 2020    Oxunub:4343
Həftəsonu mağazalar, supermarketlər və apteklər fəaliyyətini tamamilə dayandıracaq.

Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, insanlar lazımi ərzaq və əczaçılıq məhsullarını vaxtında alsınlar: “Bu, insanlar üçün istirahət deyil. Bundan istifadə edib, bir yerə toplaşmasınlar”.

Qeyd edək ki, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Mağaza   Aptek   Bağlı  





Xəbər lenti