“Həftəsonu qadağaları yoluxma sayına təsir edəcək” - Baş infeksionist
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
“İnsanların virusa yoluxması hava damcı yolu ilə baş verir. Onların izolyasiyası, bir-birindən təcrid edilməsi, küçəyə çıxmamaları bir yerə toplaşma ehtimalını sıfıra endirir. Bu da həmin günlər yoluxma hallarının aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda, tibbi maskadan istifadənin zəruriliyi, insanların iki metrdən artıq məsafə gözləməsinin məcburi olması və görülən digər tədbirlər infeksiyanın yayılmasının qarşısının alınmasına yönəlib. Bu tələblərə insanların əməl etməsi vacib şərtdir. Xəstlikdən canımızı qurtarmalıyıq, əks halda yoluxma hallarının artımı gözlənilir. Bu da sərtləşdirilmiş tədbirlərin həyata keçirilməsi ilə nəticələnə bilər”, - deyə Baş infeksionist qeyd edib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Yoluxma Cəlalİsayev