Həftəsonu yasa gedənlər DİN-dən icazə alacaq

 Həftəsonu yasa gedənlər DİN-dən icazə alacaq
  04 İyun 2020    Oxunub:4893
2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan şəxslər yaxın qohumlarının dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarında bildirilib.

Qeyd olunub ki, tələbləri pozan fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Azvision.az


Teqlər: DİN   Koronavirus  





Xəbər lenti