Qatarların sayı artırıldı, hərəkət cədvəli dəyişdi

Qatarların sayı artırıldı, hərəkət cədvəli dəyişdi
  04 İyun 2020    Oxunub:5215
Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə karantin rejimi müddətinin iyunun 15-dək uzadılması və tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara təlabat çoxalıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Azvision.az -a verilən məlumata görə, həmin istiqamətdə sərnişinlərin karantin qaydalarına uyğun hərəkətinin təmin edilməsi və sıxlıq yaşanmaması üçün qatarların sayı artırılıb.

Bu məqsədlə Bakı-Xırdalan-Sumqayıt-Bakı, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilib.

Yeni hərəkət cədvəlini təqdim edirik.









Azvision.az


Teqlər: ADY  





Xəbər lenti