“Nə deyilirsə, ona əməl etmək lazımdır” - Nizami Cəfərov

 “Nə deyilirsə, ona əməl etmək lazımdır” -  Nizami Cəfərov
  04 İyun 2020    Oxunub:2802
"Ölkədə tətbiq olunan qadağalar, təcrid olunma tədbirləri insanları qorumaq üçün yeganə vasitədir"
Bunu Azvision.az -a Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Azərbaycanda yeni məhdudiyyətlərin tətbiq olunmasına münasibət bildirən deputatın sözlərinə görə, bütün qərarlar insanları koronavirusdan qorumaq məqsədi daşıyır.

“İnsanların taleyi həll olunur. Qadağalar vacibdir. Bunu təkcə biz demirik, dünya deyir, nəticələr ortadadır. Qaydalara əməl etməyin xeyrini Azərbaycanda gördük. Bundan sonra da nə deyilsə, ona əməl etmək lazımdır. Ola bilsin ki, təcrid olunmalar insanlarda gərginlik yaratsın. Bu təbiidir. İnsanlar bir-biriləri ilə görüşmək, işə getmək, əlaqə qurmaq istəyirlər. Amma vətəndaşların sağlamlığının yanında bunlar ikinci dərəcəli məsələlərdir. Vacib olan sağlamlıqdır. Bunun üçün qaydalara əmək etmək tələb olunur”.

Qeyd edək ki, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: NizamiCəfərov  





Xəbər lenti