“Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir - VİDEO

“Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir -    VİDEO
  04 İyun 2020    Oxunub:3646
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunda “Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yarışda döyüş maşını üzərində motoatıcı bölmələrin hazırlığı yoxlanılır, heyətlərin bilik və bacarıqları artırılır, döyüş vərdişləri təkmilləşdirilir.



Hərbi qulluqçular sürücülük, atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirir, eləcə də verilən tapşırıqları dəqiq, vaxtında və düzgün icra edirlər.





Azvision.az


Teqlər: Motoatıcı   Bölük   Yarış  





Xəbər lenti