“Onlar cəmiyyəti təhlükəyə doğru sürükləyir” - Tahir Mirkişili

“Onlar cəmiyyəti təhlükəyə doğru sürükləyir” -  Tahir Mirkişili
  04 İyun 2020    Oxunub:3624
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Sumqayıtdan seçilən deputat Tahir Mirkişili şəhər sakinlərinə müraciət edib.
Azvision.az -ın məlumatına görə, komitə sədri bildirib ki, son günlər ölkədə karantin şərtlərinin yumşaldılması koronavirusa yoluxma hallarını artırıb:

"Artıq vəfat edənlərin də sayı artmaqdadır. Etiraf etməliyik ki, bir çox vətəndaşlar bu virusun nə dərəcədə təhlükəli olduğunu qəbul etmir və “özünü və başqalarını qoru” qaydalarını pozurlar. Bu minvalla onlar bütün cəmiyyəti sürətlə bu təhlükəyə doğru sürükləyir və dövlətin indiyə qədər həyata keçirdiyi yüksək qoruma tədbirlərinə kölgə salırlar. Bütün bunları nəzərə alaraq, Sumqayıtdan seçilmiş deputat kimi sizlərin hər birindən xahiş edirəm ki, bu çətin günlərdə özünüzü, yaxınlarınızı, ətrafdakıları, dövlətinizi və xalqınızı düşünərək ictimai yerlərdə qoruyucu vasitələrdən, maskalardan istifadə edəsiz, bir-birinizlə məsafə saxlayasız. Həftə sonları evdə qalasınız. Bu, bir ümumxalq problemdir. Belə problemlər yalnız yüksək intizam ilə həll olunur", - deyə T.Mirkişili vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Tahir-Mirkişili   Müraciət   Koronavirus  





Xəbər lenti