Vergi və sosial qanunvericiliyə edilmiş dəyişikliklərin şərhi - VİDEO

   Vergi və sosial qanunvericiliyə edilmiş dəyişikliklərin şərhi -    VİDEO
  04 İyun 2020    Oxunub:2564
Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər təsdiq edilib.
Dövlət Vergi Xidmətindən Azvision.az -a bildirilib ki, bu dəyişikliklər koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.

Dəyişikliklərə əsasən, vergiödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanunvericilikdə müddəalar müəyyən edilib və ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edib.



Azvision.az



Teqlər: Vergi   Qanun  





Xəbər lenti