Azərbaycanda bəzi kəndlərə giriş-çıxış dayandırılıb

 Azərbaycanda bəzi kəndlərə giriş-çıxış dayandırılıb
  03 İyun 2020    Oxunub:4799
Həftəsonu karantin rejiminin sərtləşdirilməsi ilə tətbiq edilən məhdudiyyətlər birinci növbədə narıncı sahəyə aid ediləcək.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, növbəti həftə ərzində bütün ölkə üzrə məhdudiyyətlər tətbiq oluna bilər: “Bu epidemioloji göstəricilərdən, bölgələrdə insanların qaydalara riayət etməsindən asılıdır”.

R.Bayramlı, həmçinin bildirib ki, böyük şəhərlərlə yanaşı, bir sıra kəndlər narıncı sahəyə daxil olsa, məhdudiyyət onlara da şamil olunacaq.

“Hazırda bir neçə gündür ki, bəzi kəndlərə giriş-çıxış dayandırılıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti