Ölkədə koronavirusdan sağalanların sayı 3665-ə çatdı

 Ölkədə koronavirusdan sağalanların sayı 3665-ə çatdı
  03 İyun 2020    Oxunub:2266
Azərbaycanda indiyədək koronavirusa yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 6260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib, 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: Qəraragah   Koronavirus  





Xəbər lenti