Bakıdan daha 26 nəfər gəmi ilə Qazaxıstana yola salındı

   Bakıdan daha 26 nəfər gəmi ilə Qazaxıstana yola salındı
  03 İyun 2020    Oxunub:2383
Bu gün daha 26 Qazaxıstan vətəndaşı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-nə məxsus "Merkuri-1" bərə gəmisi ilə öz ölkələrinə yola salınıb.
Bakı Limanından Azvision.az -a verilən məlumata görə, adı çəkilən ölkədə yaşamaq hüququ olan 11 həmvətənimizdə Kurık limanına yola düşüblər.

Yola salınan sərnişinlər ilk olaraq Bakı Limanında koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Əlavə olaraq bildirmək istərdik ki, bu günə qədər 53 Qazaxıstan vətəndaşı Bakı Limanından yola salınıb.

Azvision.az



Teqlər: Liman   Gəmi   Qazaxıstan  





Xəbər lenti