“Vətəndaşlar indi daha məsuliyyətli olmalıdırlar” - Deputat

 “Vətəndaşlar indi daha məsuliyyətli olmalıdırlar” -  Deputat
  03 İyun 2020    Oxunub:3259
"Dünyanın bir çox ölkələrində karantin rejimi yumşaldılıb. Ölkəmizdə də karantin rejiminin yumşaldılmasından sonra xəstəliyin yayılması daha çox aşkarlanır. Burada subyektiv səbəb də var. Belə ki, testlərin daha çox aparılması burada öz nəticəsini göstərir".
Bunu Azvision.az -a açıqlamasında deputat Cavid Osmanov deyib.

Deputat bildirib ki, koronavirusa yoluxmanın qarşısını almaq üçün vətəndaşlar məsuliyyətli olmalıdırlar.

"Bir neçə gündür ki, 200-dən çox şəxsin virusa yoluxduğunun şahidi oluruq. Parlamentdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi. Fiziki, hüquqi və vəzifəli şəxslərlə bağlı cəirmələr müəyyənləşdi. Bu dəyişiklik heç də vətəndaşlarımızı cərimələmək məqsədi daşımır. Burada məqsəd vətəndaşların sağlamlığını qorumaqdır. Dəyişiklik insanların məsuliyyətinin daha da artırılmasına töhvə verəcək. Bunu ölkəmizdə koronavirusa qarşı aparılan mübarizənin bir hissəsi kimi qiymətləndiririk. Vətəndaşlar karantin rejiminin yumşaldıldığı dövrdə daha çox məsuliyyətli olmalı və özlərini qorumalıdırlar. Çünki, sərt karantin rejimində insanlar kütləvi şəkildə çölə çıxmırdı. Bu baxımdan yoluxma ehtimalı az idi. Karantin rejiminin yumşaldılması ilə virusa yoluxanların sayında artımların olduğunu gördük. İndiki vaxtda vətəndaşlarımız özlərini daha çox qorumalıdırlar. Biz özümüzü, ailəmizi qorumaqla, ümumilikdə cəmiyyətimizi qorumalıyıq. Həmçinin, maarifləndirmə işlərini daha da artırmalıyıq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Karantin  





Xəbər lenti