Sumqayıtda qəzaya düşən hərbçi dünyasını dəyişdi

 Sumqayıtda qəzaya düşən hərbçi dünyasını dəyişdi
  03 İyun 2020    Oxunub:2971
Sumqayıtda baş vermiş yol qəzasında ağır xəsarətlər alan hərbi qulluqçu vəfat edib.
Azvision.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğlu ötən gün dünyasını dəyişib. Mərhum hərbçi Sumqayıt şəhərində dəfn olunacaq.

Qeyd edək ki, mayın 26-sı səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu və 1 mülki şəxs həlak olmuşdu.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qəza   Sumqayıt  





Xəbər lenti