Gözətçini öldürüb 40 min oğurlayan dəstə tutuldu

   Gözətçini öldürüb 40 min oğurlayan dəstə tutuldu
  03 İyun 2020    Oxunub:4130
Bakıda mağaza gözətçisini qətlə yetirən şəxslər tutulub.
Azvision.az xəbər verir ki, hadisə iyunun 1-də səhər saat 06 radələrində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun meyiti Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Fuad Yusifli və Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Sadiq Cəlalov tutulublar.

Onların qarət etdikləri 40 min manat müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi götürülüb.

Azvision.az



Teqlər: Qətl   Cinayət  





Xəbər lenti