Peru Konqresi Azərbaycanla bağlı bəyanat qəbul edib

Peru Konqresi Azərbaycanla bağlı bəyanat qəbul edib
  03 İyun 2020    Oxunub:2807
Mayın 28-də Peru Konqresi sədrinin ikinci müavini Gilyermo Aliaqa Paxaresin təşəbbüsü əsasında bu qanunvericilik orqanında Respublika günü münasibətilə ölkəmizə ünvanlanan təbrik bəyanatı qəbul edilib.
Azərbaycanın Peru Respublikasındakı diplomatik nümayəndəliyindən Azvision.az -a verilən məlumata görə, bəyanatda 1918-ci ilin 28 may tarixində yaradılmış AXC-nin Şərq dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda ilk parlamentli respublika olduğu qeyd olunur və bu əlamətdar günün xalqımız üçün önəmi vurğulanır.

Ardınca Perunun ölkəmizlə sıx dostluq əlaqələrinin olduğu bildirilir, Azərbaycan xalqına və ölkə rəhbərliyinə demokratiyanın möhkəmləndirilməsi yolunda gördüyü işlərə görə ehtiram ifadə edilir.

Sonda AXC-nin 102-ci ildönümü münasibətilə Peru Konqresi adından ölkəmizə təbrik ifadə olunur.

Azvision.az



Teqlər: Peru   Bəyanat   Konqres  





Xəbər lenti