Cinayət törədən uşaqların sayı azalıb

   Cinayət törədən uşaqların sayı azalıb
  02 İyun 2020    Oxunub:3236
Azərbaycanda cinayət törətmiş uşaqların sayı ötən illərlə müqayisədə qismən azalıb.
Azvision.az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda məlumat yer alıb.

Sənəddə qeyd olunub ki, məhkum olunmuş uşaqların əksəriyyəti oğurluq hərəkətləri törədiblər.

Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası üzrə ən vacib məsələlərdən biri yetkinlik yaşına çatmayanların hüquqlarının ədalət mühakiməsi prosesində tam təmin edilməsidir. Bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi beynəlxalq normalara əsas etibarilə uyğun gəlir.

Son illərdə həyata keçirilən məhkəmə-hüquq islahatları uşaqların da maraqlarına müsbət təsir göstərir. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 28 iyul tarixli 652 nömrəli Qərarı ilə ölkəmiz BMT Baş Məclisinin 1985-ci il noyabrın 29-da qəbul etdiyi “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”na qoşulmuş, milli qanunvericilik bu sənəddən irəli gələrək təkmilləşdirilib.

Azvision.az


Teqlər: Uşaq   Cinayət  





Xəbər lenti