BNA vətəndaşlara tibbi maska paylayıb

BNA vətəndaşlara tibbi maska paylayıb
  02 İyun 2020    Oxunub:2716
Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi aksiya çərçivəsində könüllülər tərəfindən bu dəfə "Gənclik" metrostansiyası ətrafında yerləşən dayanacaqlarda və avtobuslarda vətəndaşlara koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair təlimat broşürləri və maskalar paylanılması, eləcə də sərnişinlərin maarifləndirilməsi həyata keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, aksiya qarşıdakı günlərdə də davam edəcək və "Nəqliyyat Könüllüləri" səhər və axşam pik saatlarında daha çox sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaqlar.

Azvision.az


Teqlər: BNA   Maska  





Xəbər lenti