Adil Qəribov və Arif Məmmədova "Şöhrət" ordeni təqdim edildi - FOTO

Adil Qəribov və Arif Məmmədova "Şöhrət" ordeni təqdim edildi -    FOTO
  02 İyun 2020    Oxunub:4379
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədova və "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri Adil Qəribova "Şöhrət" ordeni təqdim olunub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu gün qeyd olunan mülki aviasiya işçilərinin peşə bayramını təbrik edib, onlara fəaliyyətlərində nailiyyətlər arzu edib.

Nazir bildirib ki, ölkədə Ulu öndər Heydər Əliyevin Azərbaycan elminə və mülki aviasiya sahəsinə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.



Ramin Quluzadə Adil Qəribovun elmin inkişafında və Arif Məmmədovun mülki aviasiya sahəsində göstərdiyi xüsusi xidmətlərdən söz açaraq bu barədə ətraflı danışıb. Nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və "Şöhrət" ordenini təqdim edib.



Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 mart 2020-ci il tarixində Adil Abdulxalıq oğlu Qəribovun, 17 aprel 2020-ci il tarixində Arif Əhməd oğlu Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.

Azvision.az


Teqlər: NRYTN   Nazir  





Xəbər lenti