Sarkozinin intiqamını arvadı aldı
“Little French Songs” adlı albomunda yer alan mahnının “Hey, pinqvin! Əgər bir gün mənim yolumdan gəlsən, sənə əlimə öpməyi öyrədərəm, pinqvin” sözləri 2012-ci ilin martın 15-də Yelisey Sarayında ayrılan Sarkozi və Brunini maşına qədər müşayiət etməyən Ollanda ismarıc kimi qiymətləndirilib.
Mahnının “Nə çirkin, nə gözəl. Nə uzun, nə qısa. No soyuq, nə isti. Pinqvin nə hə, nə yox” sözlərini sübut kimi dəyərləndirən xəbər saytları Ollandın fransız siyasətindəki ləqəbinin “Nə hə, nə yox lideri” olduğunu xatırladıb.
Bruni isə açıqlama verməyə çəkinsə də iddiaları təkzib edib.
Teqlər: