Əcnəbilər Azərbaycanda 231 milyonluq əməliyyat aparıb

  01 İyun 2020    Oxunub : 1609
Əcnəbilər Azərbaycanda 231 milyonluq əməliyyat aparıb
Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub.
Azvision.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayında qeyd edilib. Bildirilib ki, bu ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 19,7 milyon manat təşkil edib.

Ümumilikdə isə 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 231,7 milyon manat təşkil edib.

Azvision.az

Teqlər: Turist   Kart