"İmtahanın formatı sadələşdirilib" - DİM sədri

  01 İyun 2020    Oxunub : 1790
"İmtahanın formatı sadələşdirilib" -  DİM sədri
“Keçid ballarını biz formalaşdırmırıq. Ballar müsabiqə zamanı formalaşır. Müsabiqəyə buraxılma şərtləri Nazirlər Kabinetinin müvafiq sənədi ilə müəyyənləşir və hələ ki, hər hansı dəyişiklik yoxdur”.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Sədr bildirib ki, imtahana salınacaq suallar içərisində martdan bəri tədris olunmayan mövzular çıxarılıb:

“IX və XI sinif buraxılış imtahanın hesablanması keçən illə müqayisədə iki dəfə azalıb. Ötən il imtahanda 24 açıq sual idi, bu ilsə 12 sual oldu. Bu da bir növ imtahanın formatını sadələşdirməkdir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: İmtahan   DİM