"Hamımız bir nəfər kimi dövlətin yükünü daşımalıyıq" - Deputat
Deputatın sözlərinə görə, ictimai şuralar elə seçilməlidir ki, dövlət qurumlarından asılı olmasınlar: “Yoxsa, dövlət qurumunun rəhbəri özünə yaxın adamları şuraya dəvət edir və onlar da inert bir quruma çevrilir. Bundan başqa, deputatlardan ibarət nəzarət mexanizminin yaradılmasına ciddi ehtiyac var. 5-6 nəfərlik deputat korpusundan yaradılan bu komissiyalar təhkim olunduqları dövlət qurumlarına nəzarət funksiyasını yerinə yetirsin və ehtiyac duyulduğu təqdirdə həmin qurumun fəaliyyətini Milli Məclisin müzakirəsinə çıxarsın, həm də o qurumun şəffaf fəaliyyətinə görə məsuliyyət daşısın. Şəxsən Prezidentin başlatdığı şəffaflıq prosesinə inanıram və onun effektiv olmasını istəyirəm. Şəffaf və korrupsiyadan uzaq bir cəmiyyət yaratmaq istəyiriksə, çarpaz nəzarət mexanizmi qurulmalıdır. Hamımız bir nəfər kimi dövlətin yükünü daşımalıyıq, məsuliyyətimiz çox olmalıdır. Hesab edirəm ki, hörmətli deputatlarımız bu missiyanı yerinə yetirmək üçün tam hazırdır və biz Milli Məclis olaraq, bu işdə öz imkanlarımızdan istifadə edib, islahatlara dəstəyimizi daha effektiv edəcəyik”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Razi-Nurullayev Deputat