“50 manat cərimə verməkdənsə, 30 qəpiyə maska alın” - Siyavuş Novruzov

  31 May 2020    Oxunub : 2661
  “50 manat cərimə verməkdənsə, 30 qəpiyə maska alın” -    Siyavuş Novruzov
“Koronavirus dövründə Milli Məclisin deputatları mətbuat orqanlarında, televiziyada gecə-gündüz təbliğatla məşğul olub”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, belə bir fikir yaranıb ki, biz zorla kimdənsə pul almaq istəyirik: “Bu cərimələr ona görədir ki, maska taxılsın. Maskanı tax, cərimə almasınlar. Bundan nə Amerika kəşf edirlər ki, elə ya, belə olmalıdır. Maska taxan kimdənsə pul istəyirlər? Biri də deyir ki, imkanı yoxdur. İmkanın yoxdursa, 50 manat cərimə verməkdənsə, 30 qəpik verib maska alsın. Bu cərimələr sənin özünün, övladının, nəslinin sağlamlığından ötrüdür. Səni cərimə etmirlər ki, töyücü ödə və ya biyara get işlə”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis