“Dünya turizmi bir-iki ilə bərpa olunacaq” - Kənan Quluzadə

  30 May 2020    Oxunub : 3250
“Dünya turizmi bir-iki ilə bərpa olunacaq” -  Kənan Quluzadə
Karantin rejiminin yumşaldılması ilə turizm mövsümündə ciddi artım gözləmirik.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə ATV-də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, insanlar daha çox kənd turizmi, dağ turizminə meyillənir və bu sahədə artım gözlənilir.

“Biz gözləyirik ki, şəhərlərə gediş-gəliş bərpa olunsun. Şəhərlərlə regionlar arasında sərhədlər açılan günün səhəri ölkədə yeni turizm mövsümünə start veriləcək. Lakin əsas kriteriya insanların sağlamlığıdır”.

K.Quluzadə bildirib ki, insanlara xidmət edən resurslar Azərbaycanda 4 turistik dəhliz üzərində qurulub. Bunlar Bakı-Şimal, Bakı-Balakən, Bakı-Gəncə, Bakı-Lənkəran istiqamətindədir.

"Azərbaycanda ən çox turist cəlb edən region BakıAbşerondur. “Bakının gəlmə turizmdən daha çox asılılığı var. Yaxın illərdə olan strategiyamızın bir hissəsi Bakının gəlmə turizmdən asılılığını azaltmaqdır. Bakıya regionlardan gələn insanlar çoxluq təşkil edir. Yaxın 4 il üçün nəzərdə tutulan strategiyamızda daha çox investiyanın regionlarda olması əsas götürülüb. Yeni kadrlar hazırlanacaq, infrastruktur olacaq, mövsümilük aradan qalxacaq".



K.Quluzadə, həmçinin qeyd edib ki, dünya turizminin 1 ilə, maksimum 2 ilə yenidən bərpa olunacağı gözlənilir. "Onda Azərbaycana yenidən axın olacaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Turizm