Azərbaycanda daha 4934 nəfər koronavirus testi verdi

  29 May 2020    Oxunub : 3669
 Azərbaycanda daha 4934 nəfər koronavirus testi verdi
Azərbaycanda koronavirusla bağlı 29 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 4934 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 289 603-ə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 79, süni tənəffüs cihazında olan xəstə sayı 21-dir.

Azərbaycanda kazırkı dövrədək 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Pandemiya