Ramin Bayramlı: “Qışda ikinci dalğa ola bilər”

  29 May 2020    Oxunub : 5172
   Ramin Bayramlı:  “Qışda ikinci dalğa ola bilər”
"Bütün dünyada koronavirusa yoluxmanın birinci dalğası müşahidə edilir. Biz sadəcə bunu mərhələli şəkildə görə bilərik. Birinci mərhələdə sərt karantin rejimində azalma müşahidə edildi. İkinci mərhələdə isə biz karantin rejiminin yumşaldılması ilə yoluxanların sayında artım müşahidə etdik"
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

R.Bayramlı qeyd edib ki, yoluxma sayının yüksəlməməsi üçün qaydalar tətbiq olunur: "Qış mövsümündə ikinci dalğa ola bilər. Bu da mutasiya ilə əlaqəlidir. Mutasiyanın hansı istiqamətə gedəcəyi və növbəti dalğanın olması bu gün üçün sual altındadır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   COVID-19