"Həkimlərin ümidini üzdüyü xəstə plazma ilə sağaldı"

 "Həkimlərin ümidini üzdüyü xəstə plazma ilə sağaldı"
  29 May 2020    Oxunub:4152
Koronavirus xəstəliyindən sağalmış şəxslərdən alınan plazmanın nəticələri artıq əldə olunub.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xəstəliyi simptomatik keçirənlərdən əldə edilən plazma xəstəliyin müalicəsində daha effektiv olub:

"Keçən həftə bunun şahidi olduq. Çox ağır vəziyyətdə olan, dərman müalicəsinə tabe olmayan, həkimlərin ümidini üzdüyü xəstələrə plazma tətbiq edilmə nəticəsində onlar sağalıblar".

R.Bayramlı sağalan xəstələri qan verməyə çağırıb.

"Plazmanın mübadiləsi həyat üçün təhlükəli deyil. Evdə özünü müalicə edənlərin sayı azalsa da edənlər var. Bu da son nəticədə onların ağır formada gəlməsinə səbəb olur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   COVID-19   Plazam   Qan-analizi  





Xəbər lenti