Rayonlarda ciddi karantin rejimi tətbiq edilə bilər

  29 May 2020    Oxunub : 3467
 Rayonlarda ciddi karantin rejimi tətbiq edilə bilər
Maskadan istifadə etməyənlərə qarşı ciddi inzibati cərimələr tətbiq olunacaq. Yaxın günlərdə Milli Məclisdə cərimələrin məbləği müəyyən ediləcək.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə maskaya təlabat artacaq.

"Ölkə ərazisində istehsal olunan və idxal olunan maskalar var. Təlabat yaranarsa, maskaların evdə hazırlanması ilə bağlı təlimatlar hazırlanıb".

R.Bayramlı bildirib ki, yoluxma çox olan rayonlarda ciddi karantin rejimi tətbiq edilə bilər.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   COVID-19