TƏBİB: Bu həftə 867 nəfər koronavirusa yoluxub

      TƏBİB:    Bu həftə 867 nəfər koronavirusa yoluxub
  29 May 2020    Oxunub:3387
Ötən həftə 848 nəfərdə koronavirus aşkarlanıb. Ondan öncəki həftədə 755 nəfərdə yoluxma olub.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həftənin əvvəlindən bu günə qədər 867 yoluxma faktı aşkar edilib.

"Məhdudiyyətlərin tətbiq olunmağa başlandığı dövrdə yoluxma sayında azalma müşahidə olundu. 27 may tarixindən məhdudiyyətlər aradan qaldırıldıqdan sonra yoluxma sayı artır. Məhdudiyyətlər aradan qalxdıqca təmas baş verir, 7-10 gün ərzində simptomatik əlamətlər olur və təcili yardıma çağırışlar artır. Vətəndaşların qaydalara əməl etməməsi ilə əlaqədar artım müşahidə edilir. Biz həm də sərt karantin rejimində qala bilmərik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   COVID-19   TƏBİB  





Xəbər lenti