Beynəlxalq uçuşlar nə vaxt bərpa olunacaq? - AÇIQLAMA

  29 May 2020    Oxunub : 2614
   Beynəlxalq uçuşlar nə vaxt bərpa olunacaq? -    AÇIQLAMA
“Beynəlxalq uçuşların bərpası tək bizdən asılı deyil. Bu, uçuşların həyata keçirildiyi ölkədə rejimin nə qədər yumşaldılması, eyni zamanda verilən qərardan asılıdır”.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixinədək uzadılıb.

İ.Məmmədov əlavə edib ki, beynəlxalq uçuşlar bərpa olunacaqsa, başqa ölkələrlə koronovirus testindən keçmə haqqında sənədləri qarşılıqlı tanımağa ehtiyac yaranacaq:

"Yəni Azərbaycandan vətəndaş xarici ölkəyə gedəcəksə, test nəticələri keçərli sayılsın. Bu digər ölkələrdən Azərbaycana gələnlərə də aiddir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   COVID-19   Qərargah