Göyçayda maşın velosipedçini vurub öldürdü

Göyçayda maşın velosipedçini vurub öldürdü
  29 May 2020    Oxunub:3208
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mayın 28-də saat 6 radələrində Göyçay rayonunun Şıxbəy kəndi ərazisində Ucar rayon sakini Q.Kərimov idarə etdiyi “KİA” markalı avtomobillə yolun kənarında velosiped sürən Şəkili kənd sakini Tural Cabbarovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Göyçay   Qəza  





Xəbər lenti