Qonşusunun evindən qızıl oğurlayan saxlanıldı

  29 May 2020    Oxunub : 2437
Qonşusunun evindən qızıl oğurlayan saxlanıldı
Zaqatala Rayon Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkmişin qonşusu Əli Rəsulov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, oğurladığı qızılları rayonda yerləşən qızıl-zinət mağazasına satıb və əldə etdiyi pulu öz əyləncəsi üçün xərcləyib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Azvision.az

Teqlər: Zaqatala   Oğurluq