Üç rayonda peşə tədrisi mərkəzi açılacaq
Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan şəxslər üçün bu mərkəzlərdə peşə kursları təşkil olunacaq. Kursları bitirənlərə peşə sertifikatlar təqdim olunmaqla, onların yeni yiyələndirkləri peşələr üzrə məşğulluğu təmin olunacaq.
Qeyd edək ki, hazırda nazirliyin Bakı, Göyçay və Gəncə şəhərlərində peşə tədrisi mərkəzləri fəaliyyət göstərir.
Azvision.az