Almaniyada koronavirusa yoluxma sayı 180 mini ötdü

Almaniyada koronavirusa yoluxma sayı 180 mini ötdü
  29 May 2020    Oxunub:3030
Almaniyada son sutkada 741 nəfər koronavirusa yoluxub, 39 xəstə dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox institutu məlumat yayıb.

Almaniyada indiyə kimi 180 458 yoluxma faktı aşkarlanıb, 8450 xəstə ölüb, 164 mindən çox insan virusdan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti