Qətərin məşhur tikilisi Azərbaycan bayrağının rənglərində

  28 May 2020    Oxunub : 3816
Qətərin məşhur tikilisi Azərbaycan bayrağının rənglərində
Qətər Dövlətinin paytaxtı Doha şəhərinin məşhur və unikal tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Azvision.az xəbər verir ki, Qətər Dövlətinin paytaxtı Doha şəhərinin ən məşhur və unikal tikililərdən biri olan Şeraton otelinin binası üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı əks olunub.

28 May - Respublika günü münasibəti ilə baş tutmuş bu hadisə Qətərdə məskunlaşan soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb, şəhərin yerli və əcnəbi sakinlərinin marağına səbəb olub.

Xatırladaq ki, indiyəqədər 2 dövlətin bayrağı bu binada işıqlandırılıb.

Azvision.az

Teqlər: Qətər