İraqda qan dayanmır: 14 ölü, 64 yaralı

İraqda qan dayanmır: 14 ölü, 64 yaralı
  11 Yanvar 2014    Oxunub:1096
Bu gün İraqda silahlı qarşıdurmalar nəticəsində 4-ü hərbçi olmaqla 14 nəfər həlak olub, 64 nəfər xəsarət alıb.

AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Ənbar əyalətində sərhəd mühafizə birliyinin hərbçilərini daşıyan avtobusa bombalı hücum 4 nəfərin həyatına son qoyub. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, hadisə nəticəsində 35 nəfər yaralanıb.

Fəllucə və Ramadi şəhərlərində isə İraq ordusu ilə terrorçu qruplaşmalar arasında dünəndən bu günədək davam edən qarşıdurmalar nəticəsində 10 nəfər ölüb, 29 nəfər xəsarət alıb.


Teqlər:





Xəbər lenti