Əminə Ağazadə: “Vəziyyət kifayət qədər təhlükəlidir”

  25 May 2020    Oxunub : 3856
      Əminə Ağazadə:    “Vəziyyət kifayət qədər təhlükəlidir”
"Son günlər rayonumuzda koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət məni ciddi narahat edir. Vəziyyət kifayət qədər təhlükəlidir, təxirəsalınmaz, qabaqlayıcı tədbirlər görülməlidir".
Azvision.az xəbər verir ki, bunu Kürdəmirin deputatı Əminə Ağazadə deyib.

Deputat bildirib ki, Kürdəmir Rayon İcra Hakimiyyəti, müvafiq qurumlar pandemiyanın qarşısının alınması tədbirləri çərçivəsində virusun aşkarlandığı ərzilərdə xüsusi karantin rejiminin tətbiqinə başlayıb, ərazilərin dezinfeksiyası, orada yaşayan əhalinin təcrid edilməsi və sair kimi tədbirlər görülüb:

"Ümid edək ki, operativ qaydada görülən tədbirlər öz nəticəsini verəcəkdir. Bu gün hər bir vətəndaş bilməlidir ki, ölkədə aparılan koronovirusla mübarizə tədbirləri bizim sağlamlığımızın qorunmasına, əhalinin, bütövlükdə ölkəmizin təhlükəsizliyinə xidmət edir. Gözə görünməyən bu düşmənlə mübarizədə bizim iradəmizdən, məsuliyyətimizdən çox şey asılıdır. Sizlərdən bir daha diqqətli olmanızı, bu çətin günlərdə ailələrinizin, doğmalarınızın təhlükəsizliyini hər şeydən üstün tutmanızı xahiş edirəm", - deyə Ə.Ağazadə seçicilərinə çağırış edib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Deputat   Kürdəmir   Koronavirus