Araz Ağalarov Bakıda fabrik açır

Araz Ağalarov Bakıda fabrik açır
  10 Yanvar 2014    Oxunub:1642
“Krokus ltd” yaxın vaxtlarda Bakıda tütün məmulatı istehsal edəcək. Bunun üçün “European Tobacco-Baku” ASC-nin ərazisində yer icarəyə götürülüb.

AzVision.az xəbər verir ki, bu barədə “Turan”-a Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Hələlik müəssisədə təcrübi işlər görülür. Siqaret markalarının adı çəkilmir. Qanunvericiliyə əsasən, şirkət ildə ən azı 300 mln filtrli siqaret buraxacaq.

“Krokus ltd” MMC Azərbaycana 3 siqaret idxalçısından biridir. Şirkət 2004-cü ildə Bakıda qeydiyyata alınıb. Baş ofisi Dərnəgül şossesindədir.

“Krokus ltd” Araz Ağalarova məxsus “Crocus International” (Rusiya) qrupunun törəməsidir.

2006-2010-cu illərdə bu qrup Bakıda bir neçə şirkət açıb. Şirkətin Azərbaycandakı layihələrindən biri Nardarandakı “Sea Breeze Resideces & Hotel”dir. Sea Breeze 46 ha sahə tutur. SEA BREEZE strukturuna apart-hotel (5000 m2) 2,6 ha (32 nömrə, 3, 4, 5 mərtəbəli 83-685 m2 apartamentlər), 60 kottec (200-350 m2), 1,2 km-lik (13 hа) çimərlik, yaxta və katerlər üçün pirs, qapalı idman klubu (1 000 m2), daxili hövuz (108 m2), saunalar, açıq hovuz (270 m2), tennis kortu (600 m2), futbol sahəsi (600 m2), uşaq şəhərciyi və s daxildir.


Teqlər:





Xəbər lenti