Koronavirusa yoluxmuş məhkumların əksəriyyəti sağalıb

   Koronavirusa yoluxmuş məhkumların əksəriyyəti sağalıb
  23 May 2020    Oxunub:4262
Azərbaycanda koronavirusa yoluxmuş məhkumların əksəriyəti sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirilib.

Müşavirədə Ədliyyə Nazirliyi tərəfindən koronavirus infeksiyasına qarşı penitensiar müəssisələrdə görülən zəruri dezinfeksiya, tibbi və digər profilaktik işlərdən bəhs olunub, virusa yoluxmuş tək-tək məhkumların tam əksəriyyətinin artıq sağaldığı və karantindən çıxdığı, hazırda bütün lazımi profilaktik tədbirlərin davam etdirildiyi və vəziyyətin tam nəzarətdə saxlanıldığı vurğulanıb.

Həmçinin bu sahədə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyəti qeyd olunub.

Azvision.az



Teqlər: Məhkum   Koronavirus  





Xəbər lenti