Bu gündən 8 günlük bayram tətili başlayır

   Bu gündən 8 günlük bayram tətili başlayır
  23 May 2020    Oxunub:4560
Ramazan bayramı və 28 May - Respublika Günü ilə əlaqədar Azərbaycanda 8 günlük tətil başlayıb.

Azvision.az xəbər verir ki, Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar verib.
Baş Nazir Əli Əsədov tərəfindən imzalanmış qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

Xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.

Qeyd edək ki, qərarın müvafiq bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır. Xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

Azvision.az


Teqlər: Ramazan   Tətil  





Xəbər lenti