Məmmədyarovla Lavrov arasında telefon danışığı olub

Məmmədyarovla Lavrov arasında telefon danışığı olub
  23 May 2020    Oxunub:3773
Cari ilin 22 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov ilə telefon söhbəti baş tutub.
XİN-dən Azvision.az -a verilən məlumata görə, nazirlər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən görülən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Çoxtərəfli platformalarda əməkdaşlıq, xüsusilə də MDB çərçivəsində gündəlikdə olan aktual məsələlər Nazirlər tərəfindən müzakirə edilib.

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə onlayn formatda keçirilən və əsasən koronavirus pandemiyası ilə mübarizə məsələsinin müzakirə olunduğu iclası üzrə ümumi fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti