İspaniya Kralı İlham Əliyevi təbrik edib

   İspaniya Kralı İlham Əliyevi təbrik edib
  22 May 2020    Oxunub:2699
İspaniya Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramının qeyd olunması münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.

Sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz".

Azvision.az


Teqlər: Prezident   İspaniya   Təbrik  





Xəbər lenti