Türkiyədən daha 178 azərbaycanlı təxliyə edildi - FOTOLAR

  22 May 2020    Oxunub : 2744
   Türkiyədən daha 178 azərbaycanlı təxliyə edildi -  FOTOLAR
Mayın 22-də daha 178 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb. "Azərbaycan Hava Yolları" (AZAL) İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə AZAL aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.











Azvision.az

Teqlər: AZAL   Türkiyə   Təxliyə