Bin Ladenin cangüdəni azad edilib

 Bin Ladenin cangüdəni azad edilib
  10 Yanvar 2014    Oxunub:1223
ABŞ dövlət komissiyası hesab edir ki, 33 yaşlı yəmənli Mahmud Mücahit artıq heç bir təhlükə törədə bilməz
ABŞ hökumət komissiyası 2002-ci ildən, heç bir ittiham irəli sürülmədən Quntanamo xüsusi həbsxanasında saxlanılan 33 yaşlı Mahmud Mücahiti azad etməyə qərar verib.

Mücahit 115 nəfər saxlanılan xüsusi həbsxananı bağlamaq üçun, ABŞ prezidenti Barak Obama tərəfindən yaradılan komissiyanın qarşısına çıxıb.

Komissiyanın qərarına görə, "Əl-Qaidə" yaraqlısı və Usama bin Ladenin cangüdəni hesab edilən yəmənli artıq heç bir təhlükə yaratmır.

S. Həsənova


Teqlər:  





Xəbər lenti