Amerika tamaşaçıları ilin ən yaxşı filmlərini seçdi – FOTOLAR

Amerika tamaşaçıları ilin ən yaxşı filmlərini seçdi – FOTOLAR
  10 Yanvar 2014    Oxunub:1642
“People`s Choice Awards” müsabiqəsinin qalibləri tamaşaçı səsverməsi ilə müəyyən olunub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, 1975-ci ildən hər il keçirilən “People`s Choice Awards” kino, musiqi və televiziya sahəsində xalqın sevimlilərini müəyyən edir və onları büllur heykəlciklə mükafatlandırır.

Ötən gün keçirilən “People`s Choice Awards 2014” mərasimində ən çox büllur heykəlciyi Castin Timberleyk və Sandra Ballok qazanıblar. Tamaşaçılar “Qravitasiya” filminə görə “Ən Yaxşı dram akstrisa”, “Ətəkli polislər” filmindəki roluna görə isə “Ən yaxşı komediya aktrisası” nominasiyalarında qalib etdikləri alman mənşəli Amerika aktrisası “Qravitasiya” filminin dram janrında 2013-cü ilin ən yaxşı filmi seçilməsi ilə ümumilikdə, 3 büllur heykəlciyə sahib olub. Günün digər qəhrəmanı isə Ballokla eyni sayda mükafat qazanan müğənni və aktyor Castin Timberleyk olub. Uzun fasilədən sonra ötən il “The 20/20 Experience” albomu ilə musiqi aləminə qayıdan 32 yaşlı müğənni “İlin ən yaxşı müğənnisi”, “Ən yaxşı R&B müğənnisi” və “Ən yaxşı albomu” nominasiyalarında qalib gəlməklə 3 büllur heykəlciyə sahiblənib. Ən əsas nominasiyalardan sayılan “İlin ən yaxşı filmi” nominasiyasında isə ötən il dünya miqyasında 1 milyard 215 milyon dollar toplamaqla ən gəlirli film sayılan “Dəmir adam 3” tamaşaçıların seçimi olub. AzVision.az Amerika şou-biznesinin əksər nümayəndələrinin iştirak etdiyi “People`s Choice Awards” mərasimin qaliblərini və çəkilən fotoları təqdim edir.

Ən yaxşı film - "Dəmir adam 3”
Ən yaxşı aktyor - Conni Depp
Ən yaxşı aktrisa - Sandra Ballok
Ən yaxşı döyüş filmi - "Iron Man " -3
Ən yaxşı aktyor - Robert Dauni Cunior
Ən yaxşı komediya Komediya filmi - "Etekli polislər "
Ən yaxşı komediya aktyoru - Adam Sendler
Ən yaxşı komediya aktrisa - Sandra Ballok
Ən yaxşı dram filmi - "Qravitasiya"
Ən yaxşı dramatik aktyor - Leonardo Di Kaprio
Ən yaxşı dramatik aktrisa - Sandra Ballok

Ən yaxşı komediya serialı - "Böyük partlayış nəzəriyyəsi"
Ən yaxşı komedik teleaktyor - Kris Kolfer
Ən yaxşı komedik teleaktrisa – Keyli Kioko
Ən yaxşı dram serialı - "Düzgün qadın"
Ən yaxşı dramatik teleaktyor – Coş Çarlz
Ən yaxşı dramatik teleaktrisa - Stana Katic
Ən yaxşı televiziya şousu - The Voice (Səs)
Televiziya serialında ən romantik cütlük - Deymon və Yelena ("Vampir gündəliyi ")
Ən Yaxşı fantastik serial aktyoru – Yan Somerholder
Ən Yaxşı fantastik serial teleaktrisası - Kristin Kroyk

"Ən yaxşı kişi ifaçı - Castin Timberleyk
"Ən yaxşı qadın ifaçı " - Demi Lovato
"İlin irəliləyişi" - Ariana Qrande
"Ən yaxşı musiqi qrupu » - One Direction
"Ən yaxşı alternativ rok qrupu” - Fall Out Boy
"Ən yaxşı pop sənətçisi " - Britney Spears
"Ən yaxşı kantri ifaçısı" - Taylor Svift
"R & B” üslubunda ən yaxşı ifaçı - Justin Timberlake
"Ən yaxşı hip -hop üslubunda ifaçı " - Maklmor və Rayan Lyuis
"Ən yaxşı mahnı" - Keti Perri, Roar
"Ən yaxşı albom " - Justin Timberlake , 20/20 Experience
"Ən yaxşı video klip" - Keti Perri, Roar
"Ən yaxşı azarkeşlər" - Demi Lovato , Lovatics

Vüqar İsmayılov

Qalereya




Teqlər:  





Xəbər lenti