Türkiyədə Ərdoğanın şəkili yığışdırılır

Türkiyədə Ərdoğanın şəkili yığışdırılır
  10 Yanvar 2014    Oxunub:1096
Türkiyənin Bolu şəhərindəki Ədalət və İnkişaf Partiyasına məxsus olan, üzərində Ərdoğanın “Başını dik tut, əyilmə” sözləri yazılan plakatı məhkəmənin qərarı ilə yığışdırılır.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) Bolu şəhər üzrə rəisi Hüseyn Yıkılmaz verdiyi açıqlamasında, “plakatı asdığın kimi, öz əllərinlə də yığışdıracaqsan” deyə məsələni şərh edib.
Qeyd edək ki, plakatın yığışdırılması üçün Bolu şəhər bələdiyyəsinə təlimat verilsə də, Ərdoğanın plakatı hələ ki öz yerindədir.

AzVision.az



Teqlər:  





Xəbər lenti