“ASAN xidmət”ə müraciətlərin sayı 29,8 faizdən çox artıb

 “ASAN xidmət”ə müraciətlərin sayı 29,8 faizdən çox artıb
  22 May 2020    Oxunub:3904
Ötən il "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinə, habelə səyyar "ASAN xidmət"ə 9 213 937 müraciət daxil olub və 8 484 812 (92,1%-i) müraciət xidmətlə təmin edilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, müraciətlərin sayı 2018-ci illə müqayisədə 29,8 faizdən çox artıb. Belə ki, "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinə müraciətlərin sayı 2018-ci illə müqayisədə 18 553-dən 24 792-dək artıb.

Gün ərzində müraciət sayı üzrə ən yüksək göstərici avqust ayında, ay ərzində müraciət sayı üzrə ən yüksək göstərici isə iyul ayında qeydə alınıb. Hesabat dövrü ərzində mərkəzlərdən vətəndaşlara 5 328 063 hazır sənəd təqdim edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASAN-xidmət   Hesabat  





Xəbər lenti