“Həkimlərin ölkəyə qaytarılması gündəmdədir” - Fond rəsmisi

  “Həkimlərin ölkəyə qaytarılması gündəmdədir” -    Fond rəsmisi
  22 May 2020    Oxunub:2819
REACT-C19 layihəsi çərçivəsində ölkəyə gətirilən 19 həkim dövlət hesabına təhsil almış və xaricdə fəaliyyətini davam etdirən mütəxəssislərdir. Onlar ölkəyə dönüb həkimlərimizlə fikirlərini bölüşürlər.
Azvision.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr departamentinin sədri, deputat Soltan Məmmədov REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransı deyib.

Onun sözlərinə görə, dövlət hesabına, eləcə də öz hesabına təhsil almış professional həkimlərin ölkəyə qaytarılması bu gün də gündəmdədir.

“Bu təşəbbüs I Vitse-prezidentin tapşırığı ilə bizə çatdırıldıqdan sonra ÜST-lə birlikdə layihənin icrasına başladıq. Bu təcrübə həm ÜST, həm də bizlər tərəfindən başqa ölkələrlə bölüşdürülür. İyun ayının sonunda layihənin nəticələri bir sıra ölkələr üçün təcrübə ola bilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Soltan-Məmmədov  





Xəbər lenti