Nazirlik qanvermə aksiyasına qoşulub

Nazirlik qanvermə aksiyasına qoşulub
  22 May 2020    Oxunub:3752
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan könüllü qanvermə aksiyasına qoşulub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a bildirilib ki, qurumun əməkdaşları Milli Hematologiya və Transfiziologiya Mərkəzində könüllü olaraq qan veriblər. Əvvəlcə donorların sağlamlıq vəziyyəti müəyyən edilib və sonra onlardan qan götürülüb.

Aksiyada məqsəd irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara dəstək olmaqdır. Toplanan qan ehtiyatı laboratoriyada bir daha müayinə edildikdən sonra həmin xəstələrə yardım üçün istifadə olunacaq.

Azvision.az



Teqlər: ƏƏSMN   Aksiya  





Xəbər lenti